Azərbaycanlı Türkiyədə qaydanı pozdu: Cərimə traktorçuya yazıldı

Türkiyənin İsparta şəhərinin Gökçehüyük kəndində yaşayan Əminə Tüzünə traktoru ilə İstanbulda keçən ilin oktyabr-noyabr aylarında 6 dəfə körpüdən, 3 dəfə magistral yoldan ödəniş etmədən keçdiyi üçün göndərilən 477 lirə ( təxminən 55 manat ) cəriməsi ləğv edilib.
Avtosfer.az xəbər verir ki, buna səbəb cərimənin səhvən yazılması olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi 64 yaşlı Əminə Tüzünün şikayətindən sonra araşdırmalara başlayıb. Kamera görüntülərindən müəyyən edilib ki, həmin yoldan 10 EE 111 Azərbaycan dövlət nömrə nişanlı avtomobil istifadə edib.
Nazirliyin açıqlamasında bildirilir ki, Azərbaycan və Türkiyə nömrəli nəqliyyat vasitələrinin eyni nömrə nişanından istifadə etməsi nəticəsində bu problem yaranıb.
Məsələ nazirlik rəsmilərinı çatdırıldıqdan sonra araşdırmalara başlanılıb və səhv aradan qaldırılıb.

Lent.az
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











