Bakı Beynəlxalq Dəniz Ticarət Limanı jurnalistlər üçün təlim keçirdi - FOTO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və prespektivlər” mövzusunda silsilə təlimə start verib.
Avtosfer.az xəbər verir ki, interkativ formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etməkdir. Bakı Limanında təşkil olunan ilk təlimdən əvvəl jurnalistlər ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları, “Əsas yük terminalı”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti ilə tanış olub, yük aşırma prosesini yerində izləyiblər.
Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim edilib. Eyni zamanda iştirakçılara, “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verilib, onların sualları cavablandırılıb. Bununla yanaşı media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar.
Sonda təlim iştirakçıları ilə xatirə şəkili çəkidirilib
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı













