Bakı-Dubay aviareyslərinin sayının artırılması nəzərdə tutulub

Hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir. Yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu AZAL-ın marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə bildirib.
Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.
Dubay “Azərbaycan Hava Yolları” aviaşirkətinin marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Hazırda burada 192 ölkədən stendlərin təqdim olunduğu “EXPO-2020” dünya sərgisi keçirilir.
Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












