Bakıda bu avtobuslara icazə verilməyəcək - Yanvarın 1-dən... - VİDEO

Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil. Bakı Nəqliyyat Agentliyinin bu qərara mövqeyini də təqdim edirik.
Bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Ekspert Elməddin Muradlı deyir ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Ekspert onu da bildirdi ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev onu da bildirdi ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












