Bakıda daha 7 narkokuryer saxlanılıb - FOTO - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Həyata keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov tutulub. Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını bildirib.
Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilərək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.
Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşul olan Elazə Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə alıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












