Bakıda havada yanaraq yerə düşən obyekt nədir? - AÇIQLAMA (VİDEO)

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.
Məlumata görə, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.
Bununla bağlı sualı Trend-ə Azərbaycan ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.
O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cismləri mövcuddur. Müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.
"Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdə olur. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cism bu tip cismlərdəndir" - deyə qurum rəsmisi bildirib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












