Bakıda narkotik və silah-sursat satmaq istəyən şəxslər tutulub - FOTO - VİDEO

Bakıda narkotik və silah-sursat satmaq istəyən şəxslər tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıblar.
Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı rayon ərazisində yerləşən mağazalardan birinin giriş qapısını sındıraraq içəridə olan kassadan 1500 manat pul oğurlayan paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb.
Həmin şəxs ifadəsində etdiyi oğurluğu etiraf edib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində isə qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
Şöbəyə Masallı rayon sakini Yalçın Həsənovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Yalçın Həsənov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
22-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO











