Bakıda qadın 18 nəfərə qarşı 32 min manatlıq dələduzluq edib

Bakıda qadın 18 nəfərə qarşı 32 462 manatlıq dələduzluq edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, özünü paytaxtda fəaliyyət göstərən travel şirkətlərindən birinin nümayəndəsi kimi təqdim edən Təhminə Əlizadə şəhər sakini Elşən Bədəlova ailəsi ilə birlikdə Türkiyəyə istirahət üçün tur paketi satacağı barədə yalan vəd verərək ondan 1 433 manat pul alıb.
T.Əlizadə eyni epizodlar üzrə paytaxt sakini Elnarə Kərimovadan 3 026 manat, Yeganə Nəsirovadan 1 935 manat və Anar Rəhimovdan isə 3 163 manat pulu dələduzluq yolu ilə keçirib.
Daha sonra həmin şəxslər polis əməkdaşlarına müraciət edib.
Araşdırma zamanı T.Əlizadənin 18 vətəndaşa qarşı 32 462 manatlıq dələduzluq etdiyi məlum olub.
O, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və zərəçəkmişlərə dəymiş ziyan ödətdirilib
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











