Bakıda şagirdləri döyən direktorla bağlı açıqlama: Ciddi tədbir görüləcək - FOTO

“Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik”.
Bu barədə İctimai Şuranın sədri Günel Səfərova paylaşım edib.
“Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik.
Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram.
Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdləri döyməsi barədə məlumat hazırlamışdıq.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












