Bakıda şirkət və evdən 15 min manatlıq oğurluq edilib

Bakıda şirkət və evdən 15 min manatlıq oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3 000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri - R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılıblar.
38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12 000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanııb.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











