Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bölməyə paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










