Balakəndə narkotik satan dörd nəfər saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkumlar Arif Muradov və Akif Musayev tutulub. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində isə rayon sakinləri əvvəllər məhkum olunmuş Mehman Emçiyev və Fərid Müftəliyev saxlanılıb. Onların üzərinə baxış keçirilərkən M.Emçiyevdən heroin, F.Müftəliyevdən isə külli miqdarda psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanıb.
Faktlarla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












