Balakəndə ova gedən qonşulardan qanunsuz odlu silahlar götürülüb - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb etdiyindən ona yaxınlaşıblar. Bu zaman avtomobildə olan sürücü və sərnişinlərin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxslər polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı sürücünün Tülü kənd sakini Ramiz Akkubayev, sərnişinlərin isə onun həmkəndliləri Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev olduqları müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişinlərə məxsus üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.
Saxlanılan şəxslərin hər biri barəsində protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











