Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir? - AÇIQLAMA

Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalançı SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir. Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib narazı salır?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, istehlakçılara yanlış məlumatın verilməsi qanunla qadağandır.
“Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.
Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












