Barselonada etirazçılar yanacağın bahalaşmasına görə nəqliyyatı iflic etdilər

İspaniyada yanacağın qiymətinin qalxmasına etiraz olaraq aksiya keçirilib. AzVision.az xəbər verir ki, bu barədə "Mundo" nəşri məlumat yayıb. Bildirilir ki, 20-yə yaxın yük maşınından ibarət etiraz karvanı Barselonanın Ronda Litoral şossesində hərəkəti dayandırıb.
Nəşrin məlumatına görə, çərşənbə günü baş tutan aksiyadan sonra yolun bağlanması doqquz kilometr uzunluğunda tıxacların yaranmasına səbəb olub.
Barselonada Nəqliyyatın Mühafizəsi üzrə Milli Platformanın sözçüsü Migel Anxel Makeda hökumətin avtomobil nəqliyyatı üzrə dövlət komitəsi ilə yanacağın qiymətinin aşağı salınması ilə bağlı razılığa gəlinməsinə baxmayaraq etirazların davam edəcəyini bildirib.
Bundan öncə isə həmin magistralda nəqliyyat sektorunun işçiləri bir neçə günlük aksiya keçirmişdilər.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların artmasından sonra bir sıra ölkələrdə neft və ümumilikdə yanacağın qiyməti qalxdı. Bu səbəbdən də İspaniyada benzin və dizel yanacağının qiyməti rekord həddə çatıb.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










