Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı YENİ AÇIQLAMA

“Helikopter qəzası mürəkkəb hadisə olduğu üçün müxtəlif növ ekspertiza təyin edilib”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Baş prokurorun böyük köməkçisi ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirir ki, qəzaya səbəb olaraq təxribat amili ola bilməz:
“Məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb. İşlər aparılır. Helikopterin “qara qutusu”nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. Hazırda mürəkkəb növ ekspertizalar ölkə daxilində həyata keçirilməsi məsələsinə baxılır. Yekun nəticə barədə ictimaiyyətə ruhi məlumatlar veriləcək”.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












