Baş Qərargah rəisi Kəlbəcərə getdi - FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI













