“Bayraktar” PUA-larının alıcılarının sayı artıb

İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) alıcısı olan ölkələrin sayı artıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir.
Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.
Xatırladaq ki, PUA-ların ilk alıcısı Azərbaycan olub və 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynayıb.
Hazırda uçuş-enmə zolağından, o cümlədən hərbi gəmilərin göyərtəsindən qalxıb enə bilən "Bayraktar TB3" pilotsuz təyyarəsinin hazırlanması həyata keçirilir.
Ümumilikdə isə Türkiyə müdafiə sənayesinin ümumi ixrac həcmi 2021-ci ilin sonunda rekord səviyyəyə çatıb. Türkiyə istehsalı olan 228 adda hərbi təyinatlı məhsul dünyanın 170 ölkəsinə çatdırılıb. “Bayraktar TB2” ilə yanaşı, “Anka” operativ-taktiki hücum pilotsuz uçan aparatlarının, eləcə də silahlı “Kargu” kvadrokopterlərinin tədarükü davam etdirilib. Süni intellektə malik “Alpagu” portativ kamikadze dronları uğurla sınaqdan keçirilib. "Boyga" pilotsuz uçan aparatının sınaqlarına başlanılıb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












