Bayram günləri təcili yardımlar niyə gecikdi?

“Bakı şəhərində adi günlər ərzində 2600-2700 arası çağırış olurdusa, bayram günləri bu say 2800-3300-ə çatıb. Ən çox çağırış sayı yanvarın 2-3-nə təsadüf edib”.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib.
Onun sözlərinə görə, bunun səbəbi odur ki, əhali bayram günü tibb müəssisələrinin çalışmadığını hesab edib: “Ona görə də səhhətlərində narahatlıq olan hər kəs ilk əvvəl təcili yardıma müraciət edib. Lakin əslində bayram günləri bütün tibb müəssisələri, poliklinikalar növbəlilik əsasında fəaliyyət göstərib. Biz bunu müraciət edən vətəndaşlara da izah eləmişik. Lakin ehtiyac olarsa, onlara ilkin yardım göstərmişik”.
N. Fərzəliyeva bayram günləri təcili yardımın gecikməsinə gəlincə isə bildirib ki, ləngimələr çağırışların çox olması ilə əlaqəli olub: “Bayram günlərində təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışıb. Bakı şəhəri üzrə 21 bölməmiz var. Bu bölmələri 139 briqada əhatə edir. Bayram günləri briqadaların hamısı fəaliyyət göstərib. Çağırışlar isə həmişəkindən çox olub”.
N. Fərzəliyeva əlavə edib ki, təcili tibbi yardım normal halda 1700-1800 çağırışı gecikmədən icra edir: “Hər bir çağırışın verilmə anından ünvana çatma anı maksimum 40 dəqiqə çəkməlidir. Əgər çağırışların sayı çox olursa, müəyyən gecikmələr olur. Bu zaman biz çağırışları çeşidləmə yolu ilə icra etməyə çalışırdıq. Həyati vacib çağırışlar varsa, ilk növbədə onları icra edirdik. Bura yol-nəqliyyat hadisələri, ürək tutmaları, qıcolmalar, hamilələrlə bağlı çağırışlar aiddir. Daha sonra digər müraciətləri icra edirik”.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










