Bayram günlərində Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlanıb

Qeyri–iş günlərində ümumilikdə 21 400-dən çox sərnişin Bakı-Sumqayıt qatarından istifadə edib.
Bu barədə Avtosfer.az-ın sorğusunun cavabında “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500 -5 000 arası sərnişin daşınıb.
Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.
Qeyd edək ki, ölkədə Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayıb. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramı qeyd olunub. Bu il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü elan edilmişdir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











