Bərdədə dövriyyəyə saxta pul buraxan şəxs saxlanılıb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dekabr ayının 24-də Bərdə rayon sakini Ş. Səmədov RPŞ-yə müraciət edərək "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.
Faktla bağlı Bərdə RPŞ-də adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.

Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA












