Bəzi məhsullara gömrük və vergi güzəştləri tətbiq ediləcək - VİDEO

Azərbaycana gətirilən və minimum istehlak səbətinə daxil edilən bəzi məhsullara güzəştlər tətbiq ediləcək. Güzəştlər həm idxal zamanı tətbiq olunan gömrük rüsumları, həm də bəzi məhsulların əlavə dəyər vergisi üzrə nəzərdə tutulub.
Avtosfer.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, güzəştlərin tətbiq edilməsində məqsəd ərzaq məshulları üzrə qiymətlərin optimallaşdırılması və xaricdə tətbiq olunan qiymət artımının yerli bazara təsirini minimuma endirməkdir.
Onun sözlərinə görə, güzəştlər əsasən xaricdən idxal asılılığı olan və xarici bazarda qiymət artımı olan məhsullara edilə bilər. Bununla bağlı Dövlət Gömrük Komitəsi xarici bazarlarda qiymətlərin statistik monitorinqini apararıb, ölkəmizdə həmin məhsullara olan tələbatı öyrəndikdən sonra güzəştlər tətbiq olunacaq.
Millət vəkili bildirib ki, hazırda ərzaq məhsullarına əsasən 10%-lik rüsum tətbiq olunur. Yeni qərarla bəzi ərzaq məhsulları üzrə bu rəqəm 0-a endirilə bilər.
Dövlət Gömrük Komitəsi tətbiq ediləcək güzəştlərlə bağlı digər qurumlar ilə birgə təkliflər hazırlayaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










