BNA: "Əksər yollarda xüsusi zolaqların müsbət təsirləri hiss olunmur"

Bakıda avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək, ictimai nəqliyyat istifadəçilərinin səyahət müddətini minimuma endirmək məqsədilə, ümumilikdə, 6 küçə və prospektdə xüsusi zolaq təşkil edilib. Lakin nəzarətin yetərli olmaması səbəbindən, Rəşid Behbudov küçəsi və Atatürk prospekti istisna olmaqla, xüsusi zolaqların təşkil edildiyi digər yollarda müsbət təsirlər hiss olunmur.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu il Bakıda 161 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb. İl ərzində Agentliyin mütəxəssisləri 76 küçə və prospektin layihəsini işləyib, 30 layihəni isə icra edib.
15 ərazidə sürət həddi optimallaşdırılıb. 225 küçə və prospektdə isə yol nişanlanma xətləri çəkilib. 27 yol kəsişməsində svetoforların vaxt planında dəyişiklik edilib.
Ümumilikdə, son 6 ildə BNA-nın yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarının dinamikasında azalma müşahidə edilir. Belə ki, avtomobil qəzalarının sayı 40%, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 12% azalıb
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












