Böyükşor gölündə avarçəkmə bazası salına bilər

Bakı Olimpiya Stadionu yaxınlığındakı Böyükşor gölündə avarçəkmə bazası tikilə bilər.
Bu barədə "Report"a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) İdarə Heyətinin üzvü Rəhman Xanlarov məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərar əraziyə baxış keçirildikdən və Böyükşor gölünün suyunun idmançıların səhhətinə hər hansı təsirini öyrənməkdən ötrü analiz götürüldükdən sonra veriləcək: "Daha əvvəl avarçəkənlərimiz orada qayıq sürüblər. Həmin vaxt onların bədənlərində yara əmələ gəlmişdi. Artıq orada təmizlik işləri aparılmaqdadır".
Seçim imkanı və digər xüsusiyyətləri baxımından Bakıda avarçəkmə bazasının inşasının vacibliyini vurğulayan R.Xanlarov bildirib ki, hazırda avarçəkmənin bütün regionlarda inkişafı istiqamətində addımlar atılmaqdadır. Bu yaxınlarda AMAF-ın yeni prezidenti Vüqar Əhmədovun Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində yığma üzvləri ilə görüşdüyünü açıqlayan federasiya rəsmisi yanvarın sonlarında reqata təşkil edəcəklərini diqqətə çatdırıb. O, akademik avarçəkmə, kayak və kanoe üzrə yarışın yeniyetmə və gənclər arasında keçiriləcəyini bildirib.
İdarə Heyətinin üzvü avarçəkmə növlərindəki çətinliklərə də diqqət çəkib: "Gərək akademik avarçəkmə ilə məşğul olanların boyu 1,90 - 2 metr olsun. 1,75 metr boyunda olan şəxs bu idman növünə uyğun deyil. İdmançılardan əlavə, yarış üçün qayıqlar, motorlu qayıqlar, yanacaq da lazımdır. Bunlar tezliklə həll olunası işlər deyil, hamısı vaxt aparan məsələlərdir. Hazırda bütün çətinliklərin aradan qaldırılması istiqamətində çalışırıq".
Qeyd edək ki, Vüqar Əhmədov AMAF-ın prezidenti vəzifəsinə 2021-ci il dekabrın 22-də seçilib. O, yeni postda Elçin Zeynalovu əvəzləyib.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












