Bu gündən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq

“Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq”.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər:
“Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Əgər vətəndaşımız tibb müəssisəsində 1000 manatlıq ödəniş edibsə onun ödədiyi ƏDV 180 manatdır. Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq.
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək”.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










