Bu iki ölkə təyyarə qəzasına görə Rusiyanı məhkəməyə verdi

Avstraliya və Hollandiya 8 il əvvəl Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsini vurması ilə bağlı Rusiyanı məhkəməyə vermək qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison və xarici işlər naziri Marise Payne verdiyi açıqlamada 298 adamın, ümumilikdə 38 avstraliyalının həyatını itirdiyi hadisədə Rusiyanın məsuliyyət daşıdığını və Beynəlxalq Mülki Məhkəmədə Hollandiya ilə ortaq hüquqi prosesin başlatıldığını açıqlayıb.
Belə ki, Marise Payne 2018-ci ildən bəri əldə etdikləri dəlillərin təyyarənin vurulmasından Rusiyanın məsuliyyət daşıdığını göstərdiyini və Hollandiya ilə birlikdə aldıqları qərarın əhəmiyyətli bir addım olduğunu bildirib.
Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 84-cü maddəsi üzrə birgə işə dörd şübhəlinin fərdi cinayət məsuliyyətinə görə mühakimə olunduğu Hollandiyada qətl hadisəsindən ayrıca baxılacaq.
17 iyul 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysi beynəlxalq müstəntiqlər və prokurorların fikrincə, Ukraynanın şərqindən atılan Rusiya istehsalı raketlə vurulub.
Avstraliya və Hollandiya Rusiyadan təzminat və üzr istəməsini tələb ediblər. Lakin Moskva administrasiyası isə iddiaları təkzib edib.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı










