Bu küçənin sakinlərinin yol dərdi illərdir ki, bitmir - VİDEO

Bu küçənin sakinləri yollarının yararsız vəziyyətdə olmasından şikayətçidirlər. Söhbət Qaradağ rayonu Qobustan qəsəbəsi 1-ci massiv küçəsindən gedir. Vətəndaşların sözlərinə görə kanalizasiya və yağış sularının arxına çevrilən ərazidə hərəkət etmək çox çətindir. Məsələyə aidiyyəti qurumlar münasibət bildiriblər. Bəs görəsən problem nə zaman həll ediləcək?
Qaradağ rayonu Qobustan qəsəbəsi 1-ci massiv adlanan küçənin sakinləri yol sarıdan əziyyət çəkirlər. Kanalizasiya sistemi olmadığından çirkab sular küçəyə axır. Yağış yağanda isə vəziyyət daha acınacaqlı olur.
Sakinlərin sözlərinə görə yollar yararsız vəziyyətdə olduğundan uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Vətəndaşların iddiasına görə təcili tibbi yardım briqadaları da əraziyə gəlmək istəmirlər.
Məsələ ilə bağlı Qaradağ rayonu, Qobustan bələdiyyəsinin rəis müavini Xuduş Ağayev qeyd edib ki, kanalizasiya sisteminin çəkilməsi, daha sonra yola asfalt qatının vurulması üçün sakinlər rəsmi qaydada quruma müraciət etməlidirlər.
Rayon icra hakimiyyəti başçısının Qobustan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İsa Gözəlov şifahi olaraq bildirdi ki, sözügedən problemlərin həll edilməsi üçün nə onlara, nə də bələdiyyə rəsmi müraciət edilib.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












