Bu yollardakı vəziyyət sürücüləri qane etmir - VİDEO

Son illər ölkəmizdə müasir infrastruktura malik yollar salınıb. Bir neçə respublika əhəmiyyətli yol demək olar ki, yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, qəsəbələr və kəndlər arası yollar da diqqətdən kənarda qalmayıb. Son 18 ildə görülən işlər bu sahədə xeyli irəliləyişə nail olunduğunu göstərir. Amma bəzi yollardakı vəziyyət sürücüləri qane etmir.
Azərbaycanda son 18 ildə 19 min kilometrdən çox yol yenidən tikilərək təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,2003-2021-ci illər ərzində 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli istifadəyə verilib, 95-də isə əsaslı şəkildə təmir işləri aparılıb. Yenidən tikilib təmir edilərək istifadəyə verilən yolların uzunluğu 2 min kilometrdən çox olub.
Amma bəzi Respublika əhəmiyyətli yollarda vəziyyət elə də ürəkaçan deyil. Sürücülər Bakı-Qazax yolunun Qazax rayonundan keçən hissəsində çətinliklə üzləşdiklərini deyirlər.Yolun bu hissəsinin yaxşı vəziyyətdə olmaması sürücülərin işini çətinləşdirir.
Bənzər vəziyyət uzun müddətdir ki Bakı-Quba avtomagistralında da yaşanır.Xüsusəndə hər gün Qubadan bakı istiqamətində hərəkət edən sürücülər yolun yaxşı vəziyyətdə olmamasından əziyyət çəkirlər.
Dövlət Agentliyindən verilən məlumata görə sözügedən hər 2 yolda işlərin 2022-cı ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Onu da qeyd edək ki, I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə hazırda bu göstərici 935 kilometr təşkil edir.
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA











