Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var - FOTO

Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












