Banner

Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO

Xəbərlər 12 Noyabr 2026 16:33
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Avtosfer.az-a bildirib ki, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.

Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.

 

Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarıldı - FOTO

Oxunub : 42
ŞƏRH YAZ
Ad

E-mail

Şərh