Bakıda 8 bina sökülür - Sakinlərə bu qədər pul verilir - VİDEO

Bakının Nizami rayonunda səkkiz binanın sökülməsi və sakinlərin köçürülməsi planlaşdırılır. Söhbət əsasən köhnə yataqxana tipli binalardan gedir.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntünün nəzərdə tutulduğu ərazilər arasında Kamil Balakişiyev, İsmayıl Məmmədov, Rizvan Teymurov və Məmmədəli Şərifli küçələrinin, həmçinin Babək prospektinin olduğunu bildirib.
Onun sözlərinə görə, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bəzi ərazilərdə yeni yaşayış binalarının tikilməsi, digərlərində isə yaşıllıqların və parkların salınması planlaşdırılır.
V.Oruc yaşayış sahələri üçün 2000–2800 manat, qeyri-yaşayış sahələri üçün isə 2500–4000 manat aralığında kompensasiya ödənilməsinin ehtimal olunduğunu deyib. O vurğulayıb ki, bu rəqəmlər yekun deyil. Məbləğlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqləşəcək.
Sakinlərə mənzil və ya pul kompensasiyasının təklif edilməsi konkret layihədən asılı olacaq. Yerində yeni bina tikilən evlərin sakinlərinə mənzil təklif olunması, dövlət hesabına alınaraq abadlaşdırılacaq ərazilərdə isə kompensasiya ödənilməsi nəzərdə tutulur.
Proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək, daha sonra konkret binalarla bağlı qərarlar verilərək sakinlər məlumatlandırılacaq. Söküntünün başlanma tarixi və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












