Banner

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Xəbərlər 24 Oktyabr 2024 09:30 Oxunub 464
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh