Çörək istehsalçılarının un ehtiyatı varmı? - VİDEO

Dünya bazarında buğdanın qiyməti bahalaşıb. Mövcud vəziyyət taxıl ehtiyacının önəmli hissəsini xaricdən idxal hesabına ödəyən Azərbaycana da təsirsiz ötüşməyib. Taxılın qiyməti bahalaşdığı üçün unun bir kisəsi 10 manat civarında yüksələrək 26 manatdan 35.9 manata yüksəlib. Bu isə nəticədə çörəyin qiymətinin bahalaşmasını qaçılmaz edib.
Bakıda iri çörək istehsalçılarından birinin nümayəndəsi Rəşad Mehdiyev bildirir ki, un ehtiyyatları hazırda kifayət qədər olduğu üçün qiymətləri hələ qaldırmayıblar.
Paytaxtda 80 ildən çoxdur ki, çörək istehsalı ilə məşğul olan müəssisənin rəhbəri Tahir Mirişov da bildirir ki, un və çörək qıtlığı ilə bağlı iddialar gəzir. Ancaq belə iddiaların heç bir əsası yoxdur.
Sumqayıtda iri çörək istehsalçılarından biri olan zavodun nümayəndəsi Veysəl Mürsəlov isə bildirir ki, onlarda da qiymətlər hələ qalxmayıb. Ancaq taxıl bahalaşdığı üçün qiymətlərin dəyişəcəyi qaçılmazdır.
Qeyd edək ki, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi çörəyin pərakəndə satış qiyməti - 65 qəpik müəyyən olunub.
Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və ictimaiyyətə açıqlanacaq.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinin (012)-599-76-00 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










