Çörək sexinə saxta pul verən şəxslər tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 23-də 2 nəfərin S.Dərvişovaya şəhər ərazisindəki işlədiyi çörək sexində, C.Əhmədov və R.Qurbanova isə idarə etdikləri avtomobillərdə hər birinə 20 manatlıq saxta əskinas vermələri barədə məlumat daxil olub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin əskinasları vermiş Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar. Onların yaşadıqları evə baxış zamanı oradan 3 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 13 ədəd 5 manatlıq və 16 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanıb.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür












