Daha üç ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə edildilər - FOTO

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilən növbəti təxliyə mərhələsində müxtəlif ölkələrin, o cümlədən Çin, Şri-Lanka, Kanada və ABŞ vətəndaşları Azərbaycan ərazisinə daxil olublar.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, onlar son zamanlar İranda baş verən hadisələrə görə bu ölkəni tərk etmək məcburiyyətində qalanlardır. Təxliyə olunan şəxslər əvvəlcədən beynəlxalq protokollara əsasən müvafiq sənədlərlə təmin olunub, Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən dəqiq və çevik aparılan prosedurlarla məntəqədən qəbul ediliblər.
Sərhəd-keçid məntəqəsində təşkil edilmiş yardım zonasında onlara ilkin tibbi baxış keçirilib, həmçinin psixoloji dəstək xidməti də təqdim olunub.
Bəzi vətəndaşlar Azərbaycanda gördükləri isti münasibət və təşkilatlanma səviyyəsindən duyduqları razılığı bölüşüblər. Onlardan biri, İrandan təxliyə olunan Çin vətəndaşı Ka Tung Tai deyib: "Burada insanlar çox yardımsevər və mehribandırlar. Özümüzü tam təhlükəsizlikdə hiss edirik. Azərbaycan çox gözəl ölkədir. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik".
Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayrılıb və onlar təhlükəsiz şəkildə Bakı istiqamətində yola salınıblar.
Azərbaycan Respublikasının aidiyyəti qurumları bu prosesin növbəti mərhələlərində də yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri






























