Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən polisdən YENİ XƏBƏR

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
“Report”
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO










