DGK Ermənistan istehsalı olan istifadəyə yararsız malları məhv etdi - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Bu barədə Avtosfer.az xəbər verir.
DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov bildirib ki, 4 600 qutu fişəng və 119 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib:
"Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,7 litr müxtəlif spirtli içkilər də olub".
Onun sözlərinə görə, mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb olunub.




İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB








