DGK sədri: "Gələn il hibrid və elektrik avtomobilləri gömrük rüsumundan azad olunacaq"

"Avtonəqliyyat vasitələrinin rüsumlarının, aksizlərinin yuxarı və ya aşağı olması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil".
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, hökumət tərəfindən müvafiq qərarlar qəbul olunub, dövlət orqanları da bunu icra edir
"Bugünkü gündə tətbiq olunan vergi və rüsumlar hələ ki, bir neçə il bundan qabaq qəbul olunmuş qaydalara uyğun olur. Son dövrlərdə hər hansı artım nəzərdə tutulmamışdı. Hətta gələn il hibrid və elektrik nəqliyyat vasitələrini gömrük rüsumlarından hələlik azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə yəqin ki, bu barədə tam imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu tədbirlər ona görə aparılır ki, avtomobil parkımız həm yenilənsin, həm də uzun müddət istismarda olan nəqliyyat vasitələrinin Azərbaycana idxalı qarşısı alınsın".
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











