DİN insanları məcburi əməyə məruz qoyan şəxslə bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilmiş və o, şübhəli şəxs qismində tutulub.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












