Dünyanın ilk elektrik tankeri suya buraxıldı

Yaponiyanın “Koa Sangyou” gəmiqayırma şirkəti dünyanın ilk elektrik tankerini suya buraxıb.
Lent.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bu münasibətlə Kaqava prefekturasında yerləşən (Sikoku adası) gəmiqayırma zavodunda mərasim keçirilib.
Gəmi “Asahi Tanker” şirkətinin sifarişi ilə tikilib və onun şərəfinə “Asahi” adlandırılıb.
Tankerin uzunluğu 62 m, neft məhsulu anbarının həcmi isə 1,28 min kubmetrdir, ümumi gücü 3480 kVt olan litium-ion batareyaları ilə təchiz olunub.
Tanker 150-180 km məsafə qət etməyə qadirdir və tam doldurulması üçün təxminən 10 saat vaxt lazımdır.
Həmçinin, gəmi fövqəladə hallar zamanı ondan elektrik enerjisi mənbəyi kimi istifadə etməyə imkan verən sistemlərlə təchiz olunub.
Bundan əlavə, elektrik mühərriklərindən gələn vibrasiya və səs-küy adi mühərriklərdən xeyli aşağıdır ki, bu da onun ekipaj üçün daha rahatlıq yaradır.
“Asahi”nin gələn ilin mart ayından Tokio körfəzində böyük transokean gəmilərinə yanacaq doldurmaq üçün istifadə ediləcəyi gözlənilir.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












