Əfqanıstanda daha bir qadağa: qadınlar 72 km-dən çox ...

Əfqanıstanda qadınlar qısa məsafələr istisna olmaqla, kişi qohumunun müşayiəti olmadan təkbaşına səyahət edə bilməyəcəklər.
Bu barədə Euronews məlumat verib.
Məlumata görə, 72 kilometrdən çox yol qət edən qadınlar yaxın ailə üzvlərinin müşayiəti olmadan heç hara gedə bilməzlər. Bu barədə Xeyrə Dəvət və Şərdən çəkinin nazirliyinin sözçüsü Sadik Akif Mühacir bildirib.
Nazirlik açıqlamasında bütün nəqliyyat vasitələri sahiblərini yalnız hicablı qadınlara xidmət göstərməyə çağırıb.
Daha əvvəl isə nazirlik Əfqanıstan televiziya kanallarından qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağı tələb etmişdi. İndi isə qurum qadın televiziya müxbirlərini təqdimat zamanı hicab taxmağa çağırıb.
Nazirliyin göstərişində insanlardan avtomobillərində musiqi çalmamaq da xahiş olunub.///lent.az
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












