Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxdı

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Ə.Həsənovun oğlu Şamxal Həsənlinin Tbilisidəki biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub.
Sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tbilisinin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.
Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd (შ.პ.ს. "კასპიის საინსპექციო კომპანია"), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი - Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir.

“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












