“Erməni əsirlər mənim üçün artıq mövcud deyil” - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan qalmaqallı video ilə gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, ilk olaraq teleqram kanallarında yayılan videoda Simonyan tədbirlərin birində bir şəxslə söhbətində erməni əsirlərin artıq onun üçün mövcud olmadığını bildirir.
“Hesab edirəm ki, əsirlər mənim üçün artıq mövcud deyil”, - deyə Simonyan bildirir.
O, həmçinin həmsöhbətinə əsirlərin kimdən ibarət olduğuna dair sual verir və cavabı özü səsləndirir: “Bunlar silahını yerə qoyan, qaçan və azan insanlardır. Mən bunu yüksək səslə deyə bilmərəm. Bu əsirlərin valideynlərinin niyə fəal olmadığı sizi maraqlandırır? Çünki onların yaxınları bilir ki, onlar dezertirdirlər, onlar silahı yerə qoyub, qaçıb və əsir düşüblər”.
Güman edilir ki, Simonyan noyabrın 16-sı Ermənistan tərəfinin növbəti təxribatı zamanı Azərbaycan tərəfindən əsir götürülən bir qrup erməni barəsində danışır.
Daha sonra Alen Simonyan sözügedən videonun montaj olduğunu və orada söhbətin başqa mövzudan getdiyini bildirib.
“Qafqazinfo”
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












