Ermənistan hakimiyyəti sülh danışıqlarında ikiüzlü siyasət aparır - VİDEO

Ermənistan yenə də ATƏT-in Minsk qrupunun sülh prosesinə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həllinin üzərində dayanmağa çalışır. Halbuki bu məsələdə Azərbaycanın mövqeyi müharibənin bitdiyi ilk gündən bəllidir.
Avtosfer.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupu faktiki fəaliyyətsiz bir quruma çevrilib. Onun həll etməli olduğu məsələni Azərbaycan öz gücü ilə həll edib. Qurumun 30 illik fəaliyyəti təsdiq edir ki, ATƏT-in Minsk qrupu prosesi yalnız ləngidir və əlavə problemlər yaradır, obyektiv mövqe tuta bilmir, prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etmir. Politoloq Zaur Məmmədov deyir ki, Ermənistan hakimiyyəti ümumiyyətlə sülh danışıqlarında ikiüzlü siyasət aparır və onların mövqeyi görüş yerinin təşkil olunduğu məkanın ab-havasına uyğunlaşır. Beynəlxalq təcrübədə də münaqişə tərəflərinin adətən özləri masa arxasında məsələləri müzakirə edib ortaq məxrəcə nail olmaq təcrübəsindən geniş istifadə olunur. Azərbaycan və Ermənistan bu yolla davamlı sülhə nail olmaq potensialına malikdirlər. Z.Məmmədov hesab edir ki, kölə psixologiyasına malik olan Ermənistan hakimiyyəti artıq açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır. Onun sözlərinə görə, Ermənistan bilməlidir ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil. Bu, Ermənistanın özü üçün ağır fəsadlar yaradır və eyni mövqe davam etdikcə vəziyyət daha da ağırlaşacaq.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












