Ermənistanda iki nəfər müharibə vaxtı vətənə xəyanət edib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti(MTX) Azərbaycan ərazilərində aparılan 44 günlük müharibə zamanı dövlətə xəyanətlə bağlı yalnız bir cinayət işini araşdırıb. AzVision.az xəbər verir ki, bu barədə MTX məlumat yayıb. Qeyd edilir ki, istintaq idarəsində 44 günlük müharibə ilə əlaqəli Ermənistan Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açılıb və hazırda istintaq aparılır.
- İş məhkəməyə göndərilib, iki təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb. Hələ 2021-ci ilin iyununda Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın lehinə fəaliyyətlə bağlı vətənə xəyanət və casusluq faktı aşkarladığını bildirmişdi. Nazirlikdən verilən məlumata görə, keçmiş hərbçi, əvvəllər “Qüsursuz xidmətə görə” və “Döyüş əməliyyatlarında iştiraka görə” medalları ilə təltif edilmiş şəxs dostu ilə birlikdə Türkiyəyə gedib və orada müəyyən ödəniş müqabilində müvafiq məlumatların ötürülməsi təklifi alıb. Onlar hərbi texnikanın, strateji obyektlərin (su anbarları, su elektrik stansiyaları, strateji yüksəkliklər) fotoşəkillərini çəkib və ya videolentə alıb, işçilərin sayını, Ermənistanda və Dağlıq Qarabağda müharibə zamanı hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerləri öyrəniblər. Bütün bunları türk nömrələrinə aktivləşdirilmiş xüsusi proqram vasitəsilə göndəriblər. Bundan əlavə, iddia olunur ki, müharibə zamanı onlardan biri bölük komandiri kimi Hadrutda döyüş meydanına gedərək orada məlumat toplayıb və oktyabrın sonuna kimi düşmənə göndərməkdə davam edib.
2021-ci il dekabrın 1-də isə MTX dövlətə xəyanət işi üzrə ilkin istintaqı başa çatdırdığını elan edib. Cinayət işi ilə məhkəmə-hüquqi informasiyaları saytında tanış olmaq olar. Orada təqsirləndirilən şəxslərin adları da göstərilir - Harun Babayan və Qaqik Ovannisyan. İşə Armavir vilayətinin məhkəməsində baxılır,-məqalədə yazılıb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












