“Evimizə daşlar tökülüb, qalmağa yerimiz yoxdur” - Açıqlama - FOTO - VİDEO

“Yağışdan sonra daşlar evimizə tökülüb, qalmağa yerimiz yoxdur”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Səbail rayonu Bayıl qəsəbəsi Dağlıq küçəsində yaşayan Ulduz Abbasov müraciət edib.
Vətəndaş bildirib ki, yağışdan sonra dağlıq ərazidəki daşlar evinin içərisinə düşüb: “Hazırda təhlükədəyik. Burada 7 ev var, hər an daşlar evi bütovlükdə uçura bilər. Evin divarı demək olar ki, aşıb, digər hissələrdə isə çatlar əmələ gəlib. Bu cür yaşamaq mümkün deyil.

U.Abbasovun sözlərinə görə, iki il öncə də eyni hadisə baş verib: “Onda da kömək edən olmadı, indi isə vəziyyət bu yerdədir. Harada qalacağımızı bilmirik, heç kəs gəlib bizi evdən çıxartmır”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan verilən cavab isə belə oldu: “Yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Dağlıq küçəsi 2 ünvanında daş parçasının düşməsi ilə əlaqədar fərdi yaşayış evinə ziyan dəyməsi barədə məlumat daxil olan kimi Səbail Rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət qurumlarının məsul əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirilib və müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciətlər hazırlanıb”.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












