Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndi ərazisindəki evlərdən birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev tutulub.
Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, H. Paşayevin müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onun gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











