Evlərdən oğurluq edənlər saxlanıldı - FOTO

Həmkəndlilərinin evindən oğurluq edən Masallı sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini F.Əbilov saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin daha iki yaşayış evindən ümumilikdə 1400 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurladığı müəyyən edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlilərinin evindən oğurluq etməkdə şübhəli bilinən daha bir sakini, Türkoba kənd sakini M.Cəfərov saxlanılıb. Araşdırmalarla onun iki yaşayış evindən ümumilikdə 1500 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.


Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











