Fərrux kəndində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, anım mərasimlərində əvvəlcə soyqırımı qurbanlarının, eləcə də ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Azad olunmuş Xocalı rayonunun Fərrux kəndində və respublikamızın digər bölgələrində keçirilən tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər qeyd olunub. Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib. Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO





























