Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu saxlayıb

Finlandiyanın dövlət dəmiryol kompaniyası (VR) ölkənin müxtəlif şəhərlərində Rusiyanın yüzlərlə yük vaqonunu dayandırıb.
Avtosfer.az xəbər verir ki, vaqonlar sanksiyaların təsiri altına düşən yüklər daşına bilməsi şübhəsi ilə saxlanılıb. Hazırda vaqonlar boşaldılmır, VR müştərilər və digər maraqlı tərəflərlə onların sonrakı taleyini aydınlaşdırır.
VR kompaniyası yüklərin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq olan yeni sanksiyaların təsiri altına düşüb-düşmədiyini yoxlayır. Yoxlamaların bir hissəsini fin gömrük orqanları dəniz limanlarında və boşaltma məntəqələrində aparıb. Bu yükləri sərhəddən keçirməyin mümkünlüyü barədə qərarı Finlandiya Xarici İşlər Nazirliyi verməlidir.
“Rusiya və Finlandiya arasında yüklərin dəmir yolu ilə daşınması tam dayanmasa da, xeyli azalıb. Rusiya yükləri fin limanları üzərindən praktiki olaraq daşınmır, çünki gəmiçilik kompaniyaları və beynəlxalq logistik kompaniyalar onları qəbul etməkdən imtina edirlər”, - deyə məlumatda dəqiqləşdirilir.
AZƏRTAC
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












